AMBnin valyuta ehtiyatları 11 mlrd. dollardan aşağı düşüb

02.12.2024

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən ayla müqayisədə 3,6% və ya 403,9 mln. dollar azalaraq 10 milyard 967,8 milyon ABŞ dollarına enib. SİA AMB-yə istinadən xəbər verir ki, valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 5,6% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 3,3% artıb.

Qeyd edək ki, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sentyabr ayında pik həddə çatıb və 11 milyard 795,8 milyon dollara bərabər olub. Bundan sonra isə AMB dövlət ehtiyacları nəzərə alınmaqla valyuta satışını artıracağını açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью