Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Təcili yardım maşınlarının ön hissəsində “AMBULANS” sözünün tərs yazılması çoxlarının diqqətini çəkən, lakin səbəbi hər kəsə məlum olmayan detallardan biridir.
“Cebheinfo.az” xəbər verir ki, bu yazılışın əsas məqsədi yolda təcili yardım maşınının digər sürücülər tərəfindən daha tez fərq edilməsini və ona vaxtında yol verilməsini təmin etməkdir.
Bəs “AMBULANS” sözü niyə tərs yazılır?
Güzgülər görüntünü tərsinə əks etdirdiyi üçün təcili yardım maşınının ön hissəsində tərs yazılan “AMBULANS” sözü arxadan gələn sürücünün güzgüsündə normal formada görünür.
Bu isə sürücünün maşını daha tez tanımasına və təhlükəsiz şəkildə yol verməsinə imkan yaradır.
Beləliklə, ilk baxışda sadə görünən bu detal fövqəladə vəziyyət zamanı təcili tibbi yardımın hadisə yerinə daha sürətli çatmasına kömək edir.
Bəzən isə bu bir neçə saniyə insan həyatının xilas edilməsində mühüm rol oynaya bilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin