Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda rəqəmsal infrastrukturun qurulması uzun müddət tələb edir, çünki icazə prosedurları vahid şəkildə təşkil olunmur və tənzimləyici tələblər bir-birini təkrarlayır.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, bu, layihələrin icrasını gecikdirir, xərcləri artırır və investisiya marağını azaldır.
Qeyd edilib ki, telekommunikasiya və İT infrastrukturu üzrə icazə və qeydiyyat prosedurları sadələşdirilməli və rəqəmsallaşdırılmalıdır. Qövlət qurumları arasında harmonizə edilmiş, müddətləri əvvəlcədən müəyyən olunmuş və məsuliyyət mexanizmləri ilə təmin edilmiş “bir pəncərə” sistemi təşkil edilməlidir.