AmCham: İnzibati mübahisələrə məhkəmədə baxılması üçün dəqiq prosessual müddət olmalıdır

29.01.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda inzibati mübahisələrə dair işlərə (o cümlədən vergi mübahisələri) məhkəmədə baxılmasının dəqiq prosessual müddəti müəyyən edilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.

Sənəddə deyilir ki, ölkədə inzibati, o cümlədən vergi mübahisələrinə dair məhkəmə işlərində işə baxılma müddətləri dəqiq müəyyən edilməyib: "Bu isə işlərin uzanmasına, tərəflər üçün hüquqi qeyri-müəyyənliyə, məhkəmə proseslərinin səmərəsizliyinə səbəb olur. İxtisaslaşmış məhkəmələrin olmaması, xüsusilə, mürəkkəb vergi mübahisələrinin həllində peşəkarlığın və sürətin təmin edilməsini çətinləşdirir".

Ticarət Palatasının ekspertləri hesab edirlər ki, müvafiq sahələrdə kadr sayının artırılması və ixtisaslaşmış məhkəmələrin, xüsusilə vergi məsələlərinə dair ixtisaslaşmış məhkəmələrin yaradılması zəruridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью