AMEA 8,6 milyon manatlıq poliqrafiya malları alır

25.09.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm” nəşriyyatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqənin qalibi  “Halal-P” MMC (VÖEN – 1700184421) olub.
Qeyd edək ki, “Elm” nəşriyyatı “Halal-P” MMC-dən 2025-ci il üçün nəşriyyat-mətbəə (poliqrafiya) malları alacaq və qarşılığında 8 milyon 628 min 462 manat ödəyəcək.
Məlumat üçün biıdirək ki, 8,6 milyon manatlıq tenderin qalibi olan “Halal-P” MMC 20 oktyabr 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin qanuni təmsilçisi Cəfərova Səbinə Namət qızıdır.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью