AMEA da aparılan tədqiqatlar dünya alimlərinin diqqət mərkəzindədir | Icma.az
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tanınmış amerikalı alim Azərbaycanda folklor sahəsində aparılan tədqiqatları yüksək qiymətləndirib ABŞ-ın məşhur folklorşünas alimi, professor Simon J.
Bronner “Amerika Folklor Cəmiyyəti – Tarix və Folklor Bölməsi” adlı “Facebook” səhifəsində AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin elmi fəaliyyəti ilə bağlı paylaşım edərək Azərbaycanın gənc alimlərinin yaradıcılığını yüksək qiymətləndirib, onlara dəstəyini nümayiş etdirib.
Son illərdə ölkəmizdə rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının inkişafı istiqamətində yürüdülən dövlət siyasəti və həyata keçirilən genişmiqyaslı tədbirlərə müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyasında da bu qurumun prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə mühüm işlər görülür, humanitar və ictimai elmlərin prioritetlərinin dövlətin milli maraqlarına uyğunlaşdırılması məsələsinə xüsusi diqqət göstərilir.
AMEA rəhbəri innovativ multidissiplinar tədqiqatların genişləndirilməsi, xüsusilə süni intellektin humanitar və ictimai elmlər sahəsində tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
Bu islahatlar yüksəkixtisaslı kadrların, müasir texnoloji bacarıqlara malik tədqiqatçıların hazırlanmasında və yeni elmi istiqamətlərin formalaşdırılmasında böyük rol oynayır.
Xəbər verdiyimiz kimi, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə AMEA Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev 5719.01 – “Folklorşünaslıq” ixtisası üzrə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, ona Azərbaycanda ilk dəfə olaraq İnternet folkloru mövzusu üzrə filologiya elmləri doktoru diplomu təqdim olunmuşdur.
Dissertasiya AMEA Folklor İnstitutu ilə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitunun birgə elmi əməkdaşlığı çərçivəsində hazırlanmışdır.
Tam oxu
Xəbəri oxu