AMEA da Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müzakirələr aparılıb

02.02.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhanla görüşüb. 

XQ xəbər verir ki, görüş zamanı Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Akademik İsa Həbibbəyli dövlət başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamından irəli gələrək AMEA-da artıq müxtəlif tədbirlərin keçirildiyini, ümumilikdə 30-a yaxın kitabın nəşrinin nəzərdə tutulduğunu və bu prosesin il ərzində davam edəcəyini söyləyib. 

Yunus Əmrə İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan isə öz növbəsində Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni tarixində mühüm rolunu vurğulayaraq, yubiley tədbirlərinin yüksək səviyyədə təşkili üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunub.

Görüşdə AMEA ilə Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransa hazırlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью