AMEA da humanitar və ictimai elmlərə həsr olunmuş konfrans keçiriləcək

25.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 sentyabr, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və AMEA Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Humanitar və İctimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda II respublika elmi konfransı keçiriləcək.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Əlyazmalar İnstitutunda keçiriləcək konfransda gənc alimlər, magistrlər və doktorantlar iştirak edə bilərlər. Məruzələrin tam mətnləri noyabrın 15-dək [email protected] ünvanına göndərilməlidir.

Noyabr 15–dən 22-dək mətnlərin qəbulu barədə məlumat veriləcək. Konfrans elmi-texniki tərəqqi və humanitar fikir, ictimai elmlər və müasir elmi-texniki tərəqqi, mədəni müxtəliflik və tolerantlıq, mətnşünaslıq, mənbəşünaslıq, tarixşünaslıq və arxiv işi kimi mövzuları əhatə edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью