AMEA dan Azıx mağarası ilə bağlı açıqlama KONKRET

14.03.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azıx mağarasında laboratorioji işlərə başlamışıq”.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu “Qədim insan məskənlərinin mühafizəsi” mövzusunda keçirilən paneldə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeologiya şöbəsinin tədqiqatçısı Əjdər Babazadə deyib.

“Azıx mağarasıda təmizlənmə, dijital görüntülərin hazırlanması işləri görülür. Hazırda Azıx mağarasında laboratoji və arxeoloji işlər davam edir. Əsas məsələlərdən biri mağaranın işğaldan sonra təmizləmə prosesidir”, – o qeyd edib.

Qeyd edək ki, Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью