AMEA gəncləri ənənələri yaşadırlar

03.02.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA-nın Rəyasət Heyətində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından Gənclər Akademiyasına” mövzusunda görüş keçirilib.

Məclisi giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, hər il fevralın əvvəlində ölkəmizdə gənclərin adı ilə bağlı təntənəli mərasimlər keçirilməsi onlara dövlət miqyasında göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın sasbahına sahiblik edəcək nəslin zaman qarşısında hesabatı, dövlətçilik ideallarına sədaqətinin gündəmə gətirilməsidir. Akademik qeyd edib ki, bu münasibət gəncliyin dünyagörüşünü, yaradıcılıq düşüncələrini inkişaf etdirir, eyni zamanda, yeni istedadlı kadrların fəaliyyətinə meydan açır.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, xüsusən müstəqil ölkəmizdə yeni tipli gənclər hərəkatının əsasını qoymaqla onların geniş quruculuq prosesinə yönləndirildiyini xatırladan AMEA rəhbəri qeyd edib ki, bu siyasəti son 23 ildə  Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident fərmanı ilə təsis edilmiş Gənclər üçün Prezident Mükafatı ölkəmizdə istedadlı və fəal gənclərə gənclərə göstərilən dövlət qayğısının parlaq nümunəsidir. 

Bildirilib ki, dövlətimizin gənclər siyasətinə uyğun olaraq, AMEA-da da intellektual gəncliyin inkişafı üçün zəruri addımlar atılır. Onların elmi işlərini erkən müdafiə etməsi, rəhbər vəzifələrə irəli çəkilməsi təmin edilir. 20-yə yaxın ölkənin təcrübəsindən istifadə etməklə Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis edilib.

Gənclər Akademiyasının təşkilatçılığı ilə bu gün ilk konfransın keçirildiyini deyən akademik İsa Həbibbəyli Akademiya gəncliyini təbrik edib, onlara elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.

Gənclər Akademiyasının sədri, dosent Elmir Babayev, AMEA-nın Rəyasət Heyəti aparatının elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri, Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Mircavid Ağalarov, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə doktoru Şəbnəm Mirzəzadə, AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun elmi işçisi Yasin Alməmmədov və Naxçıvan böyük laborantı Ülviyyə Aslanova çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, elmi, intellektual gəncliyin inkişafı istiqamətində AMEA-da həyata keçirilən islahatlardan danışıblar.

Çıxışlardan sonra bir qrup gənc alim və mütəxəssis 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AMEA-nın diplomları ilə təltif olunublar.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью