AMEA ilə TÜBİTAK Türk indeksini yaradır

20.02.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Türkiyənin TÜBİTAK ULAKBİM Dergi¬Parkının elmi jurnallar şəbəkəsinə AMEA-nın 3 elmi jurnalı daxil edilib. Bundan başqa, akademiyanın ən müasir tələblərə cavab verən elmi jurnallarından ibarət Milli Elmlər Akademiyasının Dərgi Park Elektron jurnallar şəbəkəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli fevralın 20-də keçirilən Ümumi yığıncaq zamanı “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” adlı məruzəsində söyləyib.

Akademik qeyd edib ki, hazırda AMEA ilə TÜBİTAK-ın birgə işbirliyi əsasında elektron jurnalların vahid şəbəkəsi əsasında Türk indeksinin yaradılmasına doğru addımlar atılmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью