AMEA nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisinə baxış keçirilib

04.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də AMEA-nın Rəyasət Heyətində Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın bir sıra Elmlər akademiyalarının və nüfuzlu beynəlxalq elmi qurumlarının rəhbər heyəti və nümayəndələri sərgiyə baxış keçirib, məlumat alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью