AMEA nın Kimya Elmləri Bölməsi azad edilmiş ərazilərin mineral xammal ehtiyatları barədə araşdırma aparacaq

24.01.2026

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kimya Elmləri Bölməsinə işğaldan azad edilmiş ərazilərin mineral xammal ehtiyatlarından səmərəli istifadə haqqında araşdırmaların aparılması tapşırılıb. SİA xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Bildirilib ki, bölmə həmçinin, "Yaşıl artım" prioriteti və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji araşdırmalara üstünlük verəcək.

Bununla yanaşı, innovativ polimer materialların alınması, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılması sahəsində elmi müəssisələr qarşısında konkret vəzifələr qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью