AMEA nın sabiq prezidenti Akif Əlizadə vəzifəsindən çıxarılıb

05.06.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsində çıxarılıb.

O bununla bağlı fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

Bu gün Geologiya İnstitutunda direktor müavini təyin olunan Elçin Vəliyev həmçinin institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı APA-ya təsdiqləyib.

Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.

Elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb.

Qeyd edək ki, o, 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью