AMEA nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edi…
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə geniş tərkibdə müşavirə keçirilib.
Müşavirədə fevralın 20-də keçiriləcək AMEA-nın Ümumi yığıncağına hazırlıq məsələləri və elektron xidmətlərə dair təqdim olunacaq çıxışların detalları müzakirə edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin əməkdaşları, Akademiyanın gənc alimləri və Milli Aviasiya Akademiyasının tələbələri iştirak ediblər.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Akademiyada elektron xidmətlər sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib və bu uğurların AMEA-nın Ümumi yığıncağında geniş şəkildə ictimaiyyətə təqdim edilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edib ki, müşavirənin keçirilməsində məqsəd ictimaiyyətə təqdim olunacaq çıxışların detallarının və istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sonra AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbədə elektron xidmətlərə dair görülmüş işlərlə bağlı geniş təqdimatla çıxış edib.
Fariz İmranov çıxışında şöbənin əməkdaşları tərəfindən ərsəyə gətirilmiş AMEA İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB), AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) və Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) sistemi barədə ətraflı məlumat verib.
Tam oxu
Xəbəri oxu