Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli Mətbuat - dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbir keçirilir.
Redaktor.az xəbər verir ki, tədbir Milli Elmlər Kitabxanasının direktoru Hüseyn Hüseynovun açılış nitqi ilə başlayıb və direktor öncə media nümayəndələrinə AMEA-nın preizdenti akademik İsa Həbibbəylinin təbrikini çatdırıb.
MEK rəhbəri cəmiyyətin maariflənməsində mətbuatın mühüm rolu olduğunu qeyd edib.
“Kitabxanamızın fəaliyyətinin işıqlandırılmasında göstərdiyiniz dəstəyi yüksək qiymətləndiririk və bir daha hər birinizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”, - deyə kitabxana rəhbəri vurğulayıb.
Aytəkin TOFİQQIZI