AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Sevil Yusifovaya, həmin institutun elmi işçisi Nailə Ramazanovaya, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “İsmayıllı” seysmik stansiyasının müdiri Arif Mirzəyevə və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Asif Rüstəmliyə “Əmək veteranı” vəsiqəsi təqdim olunub.
Daha sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.
Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir.
Tam oxu
Xəbəri oxu