AMEAnın Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi

26.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

Oxu.Az bildirir ki, bu barədə President.az məlumat yayıb.

Sərəncamla Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılır.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью