Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

25.09.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Nyu-York rəsmiləri İŞİD-in Suriyadakı qədim Palmira şəhərini dağıtdığı dövrdə ölkədən qanunsuz çıxarılan daş heykəl də daxil olmaqla, ümumi dəyəri 5 milyon dollardan çox olan 36 tarixi əsərin Suriyaya təhvil verildiyini açıqlayıb.
Kulis.az xəbər verir ki, Nyu-Yorkun Metropolitan İncəsənət Muzeyi və müxtəlif kolleksiyaçılardan müsadirə olunan bu eksponatlar ABŞ ilə Suriya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq çərçivəsində qaytarılıb.
Qaytarılan əsas eksponatlar sırasında UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Palmiradan çıxarılmış, çəkisi 450 kiloqramdan çox olan relyefli əhəngdaşı heykəli diqqət çəkir.
Manhattan Dairə Prokuroru Alvin Braqq mədəni irsin qorunmasının sərhəd tanımayan bir məsuliyyət olduğunu vurğulayıb.
Suriyanın Vaşinqtondakı müvəqqəti işlər vəkili Məhəmməd Kənatri isə bu addımın iki ölkə arasında tarixi irsin bərpası istiqamətində mühüm körpü olduğunu deyib.

Davud Kəngərli: "Yaxşı ki, arxivimin qiymətli fotolarını vaxtında təhvil vermişdim..." - Müsahibə Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlandı Ridli Skott kassada uğursuzluq yaşadı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью