Amerika alimlərinin dərs vəsaiti BMU kitabxanasında AZƏRTAC

24.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xırdalan, 24 yanvar, AZƏRTAC

Kolumbiya Universitetinin professoru Frederik Mişkin və Şərqi Karolina Universitetinin professoru Stenli İkinsin həmmüəllifi olduğu “Maliyyə bazarları və institutları” kitabı “Paşa Holding”in təhsilin inkişafına dəstək proqramı çərçivəsində Azərbaycan dilinə tərcümə ilə çapdan çıxıb.

Elm və Təhsil Nazirliyinin xətti ilə nəşr müvafiq sayda Bakı Mühəndislik Universitetinin (BMU) kitabxanasına təqdim olunub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Amerika alimlərinin bu maraqlı dərs vəsaiti maliyyə bazarlarının əsas prinsipləri, institutların strukturu və fəaliyyət mexanizmlərindən bəhs edir. İqtisadiyyat, maliyyə və idarəetmə sahələrində təhsil alan tələbələr, eləcə də akademik heyət üçün nəzərdə tutulmuş nəşr nəzəri biliklərin zənginləşməsinə, həmçinin praktikada möhkəmlənməsinə geniş imkanlar yaradır.

Tələbələr BMU kitabxanasına müraciət edərək “Paşa Holding”in bu dəyərli hədiyyəsindən yararlana bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью