Amerika arzusu bitdi: Green Card ləğv edildi

19.12.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-də yaşamaq və işləmək imkanı verən "Green Card" lotereyası kimi tanınan Müxtəliflik Vizası Proqramının müddətsiz olaraq dayandırıldığı elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Brovn Universiteti və MIT kampuslarında baş verən silahlı hücumdan sonra “Green Card” lotereyası (Diversity Visa) proqramını cümə axşamı dayandırıb.

Daxili təhlükəsizlik naziri Kristi Noem "X" platformasında etdiyi paylaşımda Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və Miqrasiya Xidmətlərinə (USCIS) proqramın dayandırılması əmrini verdiyini bildirib.

Noem paylaşımında “Bu caninin ölkəmizə daxil olmasına heç vaxt icazə verilməməliydi” ifadəsini işlədib.

Müxtəliflik Vizası Proqramı nədir?

Müxtəliflik Vizası Proqramı ABŞ-də az təmsil olunan ölkələrdən (çoxu Afrika qitəsində yerləşən ölkələrdir) olan şəxslərə hər il keçirilən lotereya vasitəsilə təxminən 50 min daimi yaşayış icazəsi ("Green Card") verən bir sistemdir.

2025-ci il üçün keçirilən lotereyaya təxminən 20 milyon nəfər müraciət etmiş, qaliblərin ailə üzvləri də daxil olmaqla 131 mindən çox şəxs seçilmişdi.

Lotereyanı qazanan namizədlər ABŞ-yə qəbul edilməzdən əvvəl ciddi təhlükəsizlik yoxlamasından keçməlidirlər.

Xatırladaq ki, hücumda şübhəli bilinən şəxsin vətəndaşı olduğu Portuqaliyaya 2025-ci il lotereyasında cəmi 38 nəfərlik kvota ayrılmışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью