Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
“Cey Di Vens vitse-prezident kimi son 20 ilə yaxın müddət ərzində ABŞ-dan Azərbaycana səfər edən yüksək səviyyəli rəsmilərdən biridir. Bu Amerika-Azərbaycan əlaqələrində yeni bir dinamikadır”.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən deyib. O bildirib ki, son 30 ildə heç vaxt Azərbaycanla Birləşmiş Ştatlar arasında münasibətlər indiki kimi yüksək səviyyədə olmayıb:

“Bu, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi nizamın nəticəsidir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionda yaratdığı təhlükəsizlik və sülh mühitindən irəli gəlir”.
Qeyd edək ki, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin yaxın vaxtlarda Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycan və Ermənistanda olacağı bildirilir.
Süleyman