Amerika Azərbaycan Təşkilatları Alyansı Trampı təbrik edib

18.11.2024

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Amerika Azərbaycan Təşkilatları Alyansının sədri Münəvvər Vahabova yenidən ABŞ-nin Prezidenti seçilməsi münasibətilə Donald Trampa təbrik məktubu ünvanlayıb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib. 

Məktubda Donald Trampın qələbəsinin onun siyasi baxışına, xalq üçün etdiklərinə və edəcəklərinə inamın bariz təzahürü olduğu göstərilib. İcmanın ABŞ-nin davamlı uğurlarına töhfə verməkdən, elm, texnologiya, təhsil, biznes və digər sahələrdəki fəaliyyətləri ilə ölkənin davamlı inkişafında fəal rol oynamaqdan məmnun olduqları vurğulanıb.

Birləşmiş Ştatlarla Azərbaycan arasında davamlı və sabit əlaqələrin bir çox sahələr üzrə davam etdiyi və azərbaycanlıların bu əməkdaşlığın daha böyük zirvələrə çatmasına səy göstərəcəyi qeyd olunub.

Müraciətdə əlavə olaraq ABŞ-nin bir hissəsi kimi icmanın hər iki xalqı birləşdirən sülh, demokratiya, qarşılıqlı hörmət ideallarına sadiq qaldığı, gələcəkdə də daha böyük tərəfdaşlığa ümid bəslədiyi bildirilib və ortaq uğurlara imza atacaqlarına inam ifadə edilib.

P.ƏMİRCANOV

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью