Amerika bazalarına sərbəst girişimiz var İran Ordusu

05.02.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İran ordusunun rəsmi sözçüsü bölgədə yerləşən ABŞ hərbi bazalarının ciddi risk altında olduğu barədə açıq xəbərdarlıq edib. O bildirib ki, İranın Amerika mövqelərinə tam operativ çıxışı var və istənilən hərbi ssenariyə qarşı özünü müdafiə etməyə tam hazırdır.

Ölkə.Az xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

İran Silahlı Qüvvələrinin dörd qoluna 1000 strateji pilotsuz uçuş aparatının əlavə olunmasını şərh edən İran ordusunun rəsmi sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bu addımın ölkənin müdafiə potensialının yüksək səviyyədə olduğunu açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, İran dəfələrlə bəyan edib ki, müharibə də daxil olmaqla, “düşmənlər” tərəfindən seçilə biləcək istənilən ssenariyə adekvat cavab verməyə hazırdır.

“Pilotsuz təyyarələrlə yanaşı, digər müdafiə sistemləri də modernləşdirilib və tam döyüş hazırlığı vəziyyətinə gətirilib”, – deyə Əkrəminiya bildirib. O əlavə edib ki, İran Silahlı Qüvvələri həm diplomatik həll yoluna, həm də birbaşa hərbi qarşıdurmaya paralel şəkildə hazırdır.

İran ordusunun sözçüsü qeyd edib ki, ABŞ rəhbərliyi güzəşt və müharibə arasında seçim etməlidir, İranın hərbi hazırlıq səviyyəsi isə hər iki variant üçün kifayət qədər imkan yaradır.

ABŞ-ın mümkün addımlarına toxunan Əkrəminiya xəbərdarlıq edib ki, hər hansı hərbi eskalasiya təkcə İranla məhdudlaşmayacaq, regiondakı bütün Amerika hərbi bazalarını da əhatə edəcək.

“Bizim Amerika bazalarına sərbəst çıxışımız var və bu fakt onların həssaslığını daha da artırır”, – deyə o, İranın öz suverenliyini qorumaqda qətiyyətli olduğunu bir daha bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью