Amerika Birləşmiş Ştatları istəsə, İranın əsas neft müştərisi Çinə İrandan neft almağa qadağa qoya bilər Video

27.10.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2231 nömrəli qətnamə ilə İrana tətbiq edilən sanksiyaların hamısının geri qayıtması bağlı qərar BMT-nin Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Bu da o deməkdir ki, İrana tətbiq edilən və geri götürülən bütün məhdudiyyətlər geri qaytarılacaq. İqtisadçıların fikrincə, bu məhdudiyyətlər İran iqtisadiyyatına 100\30 təsir edəcək. Bu qətnamə 80 şirkəti və 40 şəxsi sanksiya altına alır. Yəni nüvə müzakirələrində 10 il əvvəl ləğv edilən 120 sanksiya bərpa ediləcək. Bu qətnamə İranın nüvə zəngiləşdirməyə, silah alıb-satmağa haqqını məhdudlaşdırır. Həmçinin qeyd edilir ki, bütün ölkələrin haqqı var ki, əgər şübhələnsələr ki, İranın gəmi və təyyarələrində şübhəli materiallar daşınır, həmin gəmi və təyyarələrdə araşdırma aparılsın və şübhəli materiallar aşkarlanarsa, həmin təyyarə və gəmiləri nəzarətə alsınlar".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, İranın bu gün əsas neft müştərisi Çindir və əgər ABŞ istərsə, Çinə İrandan neft almağa qadağa qoya bilər.

Maşallah RəzmiMaşallah Rəzmi bildirib ki, Çin və Rusiya BMT-də İrana qarşı bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilmədi.

Maşallah Rəzminin mövzu ilə bağlı şərhini Bizimyol.info xəbər portalının YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью