Amerika Birləşmiş Ştatlarının Vitse prezidenti Azərbaycana rəsmi səfərə gəlib

10.02.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 10 fevral, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-ın Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Ceyms Devid Vensi Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью