Amerika Birləşmiş Ştatlarının vitse prezidenti Böyük Britaniyada yay tətilini davam etdirir

12.08.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

London, 12 avqust, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Cey Di Vensin Böyük Britaniyada təşkil olunan yay tətili davam edir.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, o, ailəsi ilə birlikdə Oksfordşirdə - Çippinq Norton yaxınlığındakı Din kəndində yerləşən, II dərəcəli tarixi abidələr siyahısına daxil edilmiş kənd malikanəsində qalır.

Cey Di Vensin səfəri Böyük Britaniyanın “ən dəbdəbəli ferma”sı adlandırılan mağazaya baş çəkməsi və bu ölkənin xarici işlər naziri Devid Lemmi ilə birlikdə balıq tutması ilə də yadda qalıb.

Vitse-prezidentin Qlosterşirdə yerləşən “RAF Fairford” hərbi bazasına gedəcəyi, orada ABŞ hərbçiləri ilə görüşəcəyi, brifinq keçirəcəyi və çıxış edəcəyi də gözlənilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью