Icma.az bildirir, Unikal.az portalına istinadən.
ABŞ-yə məxsus kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) Qara dənizin cənubunda müşahidə edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Flightradar" məlumat yayıb.
Agentliyin məlumatına görə, Amerikanın "Nortrop Grumman RQ-4B Global Hawk" pilotsuz təyyarəsi İtaliyanın Siciliya adasında yerləşən Sigonella hava bazasından havaya qalxıb. Pilotsuz təyyarə Qara dənizin neytral suları üzərində, eləcə də Türkiyə sahilləri yaxınlığında dairəvi manevrlər həyata keçiririb.
Xatırladaq ki, bundan əvvəl "The New York Times" qəzeti rəsmilərə və ekspertlərə istinadən bir neçə NATO üzvü ölkənin Şimalda "Rusiya gəmilərini və sualtı qayıqlarını izləmək və axtarmaq" üçün PUA-lardan istifadə etməyə başladığını bildirib.
Gülayə Mecid