Amerika mediası: Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir

06.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

BŞ-də prezidentliyinə namizəd Donald Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir.

Gununsesi.info xəbər verir ki, bu barədə aparıcı Amerika mediası, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində göstərilib.

“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.

Şimali Karolinada Tramp 50,77%, Harris isə 48,12%, Pensilvaniyada isə Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью