Amerika mətbuatı: ABŞ Çinlə bağlı planlar hazırlayır

16.04.2025

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və Çin arasında ticarətlə bağlı gərginlik davam edərkən, ABŞ mətbuatından əhəmiyyətli bir iddia gəldi.
Turkustan.az xəbər verir ki, ABŞ administrasiyası bir çox ölkəyə gömrük rüsumları tətbiq etmək qərarına gəlib, lakin qərar ABŞ prezidenti Donald Tramp tərəfindən 90 gün təxirə salınıb.
"Wall Street Journal"-ın məlumatına görə, ABŞ administrasiyası 70-dən çox ölkəyə müvafiq gömrük rüsumları ilə bağlı təkliflə çıxış edəcək.
Təklifə görə, ABŞ Çinlə iqtisadi əlaqələrini azaldacaqları təqdirdə, aidiyyəti ölkələrə gömrük rüsumlarında müəyyən güzəştlər edəcək.
Bildirilib ki, ABŞ-ın maliyyə naziri Skot Bessent müvafiq plan barədə ABŞ prezidenti Donald Trampı məlumatlandırıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью