Amerika öz qoşununu Şərqi Avropadan çıxarmağa hazırlaşır

08.04.2025

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Pentaqon 10 min nəfərə qədər hərbçinin Şərqi Avropadan çıxarılması imkanlarını nəzərdən keçirir. "NBC News" KANALININ Amerika və Avropadakı yüksək vəzifəli mənbələrə istinadla verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyində Rumıniya ilə Polşadakı 10 min nəfər hərbçini geri çağırmaq məsələsi müzakirə edilir. 
Mümkün qərarın təsirinə məruz qala biləcək birliklər keçmiş ABŞ prezidenti Co Baydenin 2022-ci ildə Ukrayna ilə həmsərhəd ölkələrin müdafiəsini gücləndirmək üçün yerləşdirdiyi 20 000 əsgərin bir hissəsidir.
Adının açıqlanmasını istəməyən altı ABŞ və Avropa rəsmisi bildiriblər ki, Pentaqon bu təklifi dəstəkləsə, bu, Vaşinqtonun “Avropadakı müttəfiqlərini tərk etməsi” ilə bağlı narahatlıqları artıracaq.
NBC News-un məlumatına görə, ABŞ-ın Şərqi Avropadan çıxara biləcəyi qoşunların sayı hələ tam razılaşdırılmayıb.
Hürr Tərcüman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью