Amerika PKK liderini Trampın andiçmə mərasiminə dəvət etdi Yeni Çağ Media

21.11.2024

Yenicag saytına istinadən Icma.az xəbər verir.

Türkiyə ilə ABŞ arasında yeni qalmaqal yaşanır.

Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası Türkiyəyə qarşı düşməncə addım atıb. İddialara görə, Tramp Mazlum Kobani və Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının rəhbəri İlham Əhmədi inauqurasiya mərasimində iştirak etmək üçün ABŞ-yə dəvət edib.

Onu da qeyd edək ki, Kobani daha əvvəl Trampı ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə “X” yazısında təbrik etmişdi./unikal

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью