Amerika qoşunları İsrailə gəlməyə başladı

11.10.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika qoşunları Qəzzada atəşkəs rejiminə nəzarət etmək üçün oktyabrın 11-nə keçən gecə İsrailə gəlməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə iki məmura istinadən "ABC News" məlumat yayıb.

Həftə sonu İsrailə 200 nəfərlik qüvvənin gəlməsi gözlənilir. Onlar ABŞ-dan və Yaxın Şərqdəki digər Amerika bazalarından ayrılıblar.

Cümə günü, oktyabrın 10-da ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İsrailə gəlib.

Mənbələrin verdiyi məlumata görə, Amerika qoşunları vahid komanda mərkəzinin yaradılmasına kömək edəcək və sonra Qəzzaya yerləşdirilən bütün digər təhlükəsizlik qüvvələrinin inteqrasiyasına kömək edəcək. Qüvvəyə Misir, Qətər, Türkiyə və ola bilsin ki, BƏƏ-dən olan hərbçilər daxil olacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью