Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək

21.03.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi Birləşmiş Ştatlar Prezidenti Donald Trampın administrasiyası üçün prioritet deyil.

Milli.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Amerika prezidentinin prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-ın Suriyada hərbi mövcudluğunu saxlamağın məntiqini şübhə altına almağa başlayıb. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək", - Fidan qeyd edib.

İsrailin Suriya ərazisində olması məsələsinə toxunan XİN rəhbəri xatırladıb ki, İsrail Suriyanın cənubunu 50 ilə yaxındır ki, işğal edib. /APA

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью