Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.infou barədə Meksikanın xarici siyasət idarəsi öz sosial şəbəkə hesabında məlumat yayıb.
Xarici işlər naziri Xuan Ramona de la Fuenta və Dəniz Qüvvələri naziri Raymundo Morales Anxelisin ABŞ səfiri Ronald Canson ilə apardığı görüşün, prezident Klaudiya Şeynbaumnun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib. Görüşün məqsədi Meksika ilə ABŞ arasında dəniz sahəsində ikitərəfli əlaqələri möhkəmləndirmək olub.
Nazirlik, görüşün "qarşılıqlı anlaşma mühiti"ndə keçdiyini və tərəflərin əsas prioritetlərinin "dənizdə insan həyatını xilas etmək və suverenliyə tam hörmət" olduğunu vurğulayıb.
Əvvəlcə, ABŞ Müdafiə naziri Pit Heqset ABŞ-ın Sakit Okeanda narkotik kartellərinə məxsus üç gəminə zərbə endirdiyini və 14 nəfərin öldürüldüyünü açıqlayıb. O, eyni zamanda "narkoteroristləri" hədəf alaraq, ABŞ-ın təhlükəsizliyini qorumağa davam edəcəklərini bildirib.
Qadir, Bizimyol.info