Amerika silahları Ukraynaya çatdırıldı Müharibədə dönüş yaranacaq?

16.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Avropa tərəfindən maliyyələşdirilən Amerika silahlarının iki partiyası artıq Ukraynaya çatdırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Ukrayna rəsmisi “Bloomberg”ə deyib.

O bildirib ki, növbəti iki göndəriş artıq hazırlıq mərhələsindədir.

Ukrayna rəsmisi daha yeddi ölkənin silah tədarükünün maliyyələşdirilməsində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Sentyabrda NATO-nun Ukraynadakı nümayəndəsi Patrik Törner bildirib ki, rəsmi Kiyev alyans ilə yeni razılaşma əsasında Amerika silahlarının ilk partiyasını artıq alıb. Bunlar PURL çərçivəsində verilən dörd paketdir. Bu arada Ukraynaya Aİ tərəfindən maliyyələşdirilən ilk yardım paketləri  tədarük edilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью