Amerika sülh şərtlərini telefonla diktə edir?

24.11.2025

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Trampın köməkçiləri sülh şərtlərini Zelenskiyə telefonla çatdırıblar.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov ilə Amerika liderinin kürəkəni Cared Kuşner Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüş zamanı telefonla Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayaraq müharibənin həlli ilə bağlı Amerika planını oxuyublar. Bu barədə "Axios" nəşri mənbələrə istinadla məlumat verib.
Nəşrin məlumatına görə, Zelenski ilə əlaqə saxlamaq təşəbbüsü Umerovdan gəlib. Lakin Vaşinqtonun təklif etdiyi planı telefonla ətraflı müzakirə etmək mümkün olmayıb.
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью