Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Yaxın vaxtlarda Ukrayna üçün daha ağır bir situasiya yarana bilər.
Belə anlaşılır ki, Tramp administrasiyası Amerika Birləşmiş Ştatlarının büdcəsindən Ukrayna ordusunu maliyyələşdirməkdən imtina edir".
Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Ukraynaya hərbi yardımların azalmasından danışarkən bildirdi.
O, qeyd etdi ki, Tramp administrasiyası növbəti dəfə Rusiya ilə münasibətləri normallaşdırmaq niyyətinə düşüb: "Putinin telefon zəngindən sonra Tramp yenidən ona olan rəğbətini ön plana keçirib.
Tramp Rusiya ilə münasibətləri inkişaf etdirmək və bunun üzərində də biznes qurmaq qərarına gəlmiş kimi görünür.
Dolayısı ilə Ukraynaya hərbi yardımların göstərilməsi niyyətindən geri çəkilir.
Xüsusilə də Rusiyanın dərinliklərinə zərbə endirəcək bu müasir hücum silahlarının Ukraynaya verilməsindən imtina edir.
Bu da onu göstərir ki, indi Ukrayna Amerikanın dəstəyinə ümid bəsləyə bilməz. Ukrayna xalqı artıq öz gücünə güvənməlidir".