Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
3 noyabrda Amerika cəmiyyəti yalnız yoxsulluğa səbəb olan siyasətlərə qarşı, nifrətə qarşı, maçoizmə (kişi üstünlüyü) qarşı, iqlim dəyişikliyini inkar etməyə və elitaların imtiyazlarına qarşı səs verdi.
Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez özünün X səhifəsində yazıb.
“Bu, Braziliyada baş verdi. Bu, ABŞ-da baş verdi. Və bu, tezliklə, İspaniyada baş verəcək”, - o bildirib.
Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərində demokratlar böyük üstünlük əldə ediblər.