Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Gülbəniz Hüseynli/Banco.az Amerikada ərzaq qiymətlərinin yüksək olması bir çox insanı qənaət yolları axtarmağa vadar edir.
Xüsusilə, Whole Foods kimi premium supermarketlər bahalı məhsulları ilə tanınsa da, alış-veriş zamanı müəyyən strategiyalar tətbiq etməklə burada da qənaət etmək mümkündür.
Amerikalılar büdcələrini qorumaq üçün Amazon Prime endirimləri, xüsusi kampaniyalar, həftəlik satışlar və ağıllı seçimlər edərək xərclərini azaldırlar.
Banco.az onların necə qənaət etdiyini daha yaxından araşdırıb: 1.
Amazon Prime üzvlüyündən yararlanmaq Amerikalılar supermarket alış-verişində qənaət etmək üçün “Amazon prime” üzvlüyündən geniş istifadə edirlər.
“prime üzvləri “whole foods” mağazasında alış-veriş edərkən 30-dan çox eksklüziv endirim əldə edir, satış məhsullarına əlavə 10% endirim qazanırlar (alkoqol istisna olmaqla).
Mağaza daxilində mavi nişanlı məhsullar “prime” üzvləri üçün xüsusi endirimlər olduğunu göstərir.