Amerikada sərnişin təyyarəsi yoxa çıxdı

07.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ-yə məxsus sərnişin təyyarəsi Alyaska üzərində olarkən yoxa çıxıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Alyaska ştatının Unalaklit şəhərindən Nom şəhərinə gedən "Bering Air" şirkətinə məxsus təyyarə radardan itib.

Göyərtəsində 10 nəfər olan təyyarə son olaraq Berinq dənizi üzərində olarkən görülüb.

Təyyarənin gözlənilən saatda eniş etməməsindən sonra axtarış işlərinə başlanılıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, təyyarədə 9 sərnişin və bir pilot olub.

Hadisənin səbəbi hələlik məlum deyil, lakin ərazidə hava şəraitinin pis olduğu bildirilir.

Billurə
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью