Amerikada yaşayan azərbaycanlı: “İlk dəfədir bu qədər təhlükə hiss edirik” VİDEO

16.11.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


ABŞ-nin paytaxtı Vaşinqtonda yaşayan azərbaycanlı şəhərdə baş verən silahlı insident zamanı yaranmış təhlükəli vəziyyətdən danışıb.

"Bakupost" xəbər verir ki, həmyerlimizin sözlərinə görə, səhər saat 08:00-dan etibarən polis avtomobilləri küçələrdə hərəkət edərək səsgücləndiricilər vasitəsilə sakinləri ərazidə silahlı şəxsin olması barədə xəbərdar edib, onları ehtiyatlı olmağa və qapalı məkanlarda qalmağa çağırıb.

Həmyerlimizin sözlərinə görə, silahlı şəxs onun işlədiyi yerdən cəmi 10 dəqiqəlik məsafədə olub.

"Xəbərləri izləyirik. 4 nəfərin yaralandığı, 1 nəfərin isə öldüyü bildirilir.

4 ildir Amerikadayam. İlk dəfədir belə bir təhlükə ilə bu qədər yaxından üzləşirik. Heç kim nə baş verəcəyini və bunun nə zaman olacağını əvvəlcədən bilmir. Hazırda ərazidə bəlkə də 100-ə yaxın polis əməkdaşı var”, - deyə o bildirib.

Yasəmən, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью