Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər.Milli.Az xəbər verir ki, bu barədə o özü məlumat verib.Həmin məlumatı təqdim edirik:"Azərbaycanın Hüquq Mühafizə Orqanlarının Nəzərinə "Rezidenturasız cərrahlar" kimi fəaliyyət göstərən bəzi şəxslərin məni susdurmaq üçün etdiyi təhdidlərdən yalnız bir nümunəni diqqətinizə çatdırıram.
Hacker hücumlarını maliyyələşdirənlər arasında LBC klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, Badam klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinç Heydərova var.
Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər.
Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım.
Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq.