Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Açıq görünür ki, sanki gəncləri qəsdən savadsızlığa, zərərli vərdişlərə sövq edirlər".
Newscenter.az-ın xəbərinə görə, bunları deyən Kəmalə Bayramova bildirib ki, sovetdən qalan yaşlı nəsil də gedəndən sonra, gələcək gənclik tamamilə yox olacaq:
"Amerikadakı bomjlar kimi bir nəsil yetişir. İçlərində əllə sayılacaq qədər savadlı olanlar var, onlara da yer verən yoxdur".
Kəmalə Bayramova qeyd edib ki, dövlət, cəmiyyət buna mütləq bir çarə tapmalıdır:
"Bu gəncliyin əlindən tutmasaq, bir neçə ilə tamamilə yox olub gedəcəyik. Tikilən o binalar, restoranlar bizi xilas etməyəcək".
Süleyman