Amerikadakı prezident seçkiləri Azərbaycana necə təsir edəcək? AÇIQLAMA | Icma.az
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Noyabrın 5-i ABŞ-də prezident seçkiləri keçiriləcək.
Bu mübarizədə ABŞ-nin vitse-prezidenti, Demokrat Kamala Harris və eks-prezident, respublikaçı Donald Tramp mübarizə aparacaq.
Amerikanın yeni prezidenti kim olacaq və Azərbaycanla münasibətlər hansı istiqamətdə dəyişəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, hansının prezident seçiləcəyini qəti şəkildə söyləmək çox çətindir.
"Baydenin seçki marafonundan çəkilməsindən və onun Harrislə əvəz olunmasından sonra əhalinin xeyli hissəsi demokratları dəstəkləməyə başladı.
Debatlarda da Harris Trampa qalib gəldi və bu onun şansını bir az da artırdı.
Güman eləmək olardı ki, artıq seçkinin taleyi həll olunub və Harris Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti olacaq.
Ancaq tədricən aralarındakı fərq azalmağa başladı və bu gün artıq hansının seçiləcəyini qəti şəkildə söyləmək çox çətindir.
Tam oxu
Xəbəri oxu