Amerikalı aktrisa evində diridiri yandı

14.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Blyuz qardaşları" filmində rol alan amerikalı aktrisa Delis Karri Kaliforniyada baş verən yanğında həlak olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

95 yaşlı aktrisanın qalıqları Los-Ancelesin şimalındakı Altadenadakı evində yanğın baş verdikdən bir neçə gün sonra tapılıb.

Ekspertlər mərhumun şəxsiyyətini müəyyənləşdiriblər.

Qeyd edək ki, yanvarın 7-dən etibarən Los-Ancelesdə 16 min hektar ərazini əhatə edən meşə yanğınları davam edir. Alov 12300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhur insanların evlərini məhv edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью