Amerikalı aktrisa “Qızıl İkona” mükafatını qazandı

28.09.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

“Oskar”lı məşhur amerikalı aktrisa Culianna Mur 22-ci Sürix Film Festivalında "Qızıl İkona" fəxri mükafatını qazanıb.
Kulis.az xəbər verir ki, səhnədə çıxış edən aktrisa gənclik illərini Avropada keçirməsinin onun aktyorluq karyerasında həlledici rol oynadığını deyib.
Festival çərçivəsində aktrisanın Cessi Ayzenberqin rejissorluğu ilə çəkildiyi və Pol Ciamatti ilə baş rolları bölüşdüyü "The Debut" musiqili komediyasının nümayişi baş tutub.
Sentyabrın 24-dən oktyabrın 4-dək davam edən festivalda, həmçinin Martin Makdonax, Tom Hiddlston və Con Turturro kimi tanınmış kinematoqrafçılar fəxri mükafatlarla təltif olunublar.

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşdi Xalq yazıçısı Anar: "Əgər daxilində boşluq, aqressiya və paxıllıq varsa, onlar..." - Müsahibə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью