Amerikalı aktyor və keçmiş siyasətçi Ben Cons vəfat etdi

10.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Hazzard hersoqları" serialındakı rolu ilə yadda qalan amerikalı aktyor Ben Cons 86 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki. bu barədə sənətçinin həyat yoldaşı Alma Viator özünün "Facebook" hesabında paylaşım edib.

O, kədərini bu sözlərlə ifadə edib:

"Bu gün mən həyatımın sevgisini itirdim. Ben keçirdiyi kəskin infarkt səbəbindən dünyasını dəyişdi".

Aktyor əsas populyarlığını "Hazzard hersoqları" ekran işində canlandırdığı mexanik Kuter Devenport obrazı sayəsində qazanıb. O, həmçinin "Dünya necə fırlanır", "Samoqonçular" və "Paralel aləmlər" kimi layihələrdə də çəkilib. Cons 1988-ci ildən 1994-cü ilə qədər ABŞ-nin Nümayəndələr Palatasında fəaliyyət göstərib. /oxu.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью