Amerikalı astronavtlar nəhayət Yerə qayıdırlar VİDEO

18.03.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az NASA-nın mətbuat xidmətinin “X” sosila şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Amerikalı NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, habelə rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu “SpaceX Crew-9” kosmik gəmisi BKS-dən uğurla ayrılıb.
“”Crew-9” missiyasının heyəti Yerə qayıtmağa başlayıb”, - NASA-nın açıqlamasında deyilir.
Xatırladaq ki, amerikalı astronavtlar Uilmor və Uilyams BKS-ə 5 iyun 2024-cü ildə gəliblər və onların Yerə qayıtması həmin ilin 14 iyununa planlaşdırılıb. Lakin helium sızması və “Boeing Starliner” kosmik gəmisində dörd mühərrikin sıradan çıxması səbəbindən missiya altı aydan çox davam edib. Rusiya kosmonavtı Qorbunov və astronavt Heyq isə 2024-cü ilin sentyabrında orbitə çıxıblar.
Ötən ilin payızında Uilyamsın əhəmiyyətli dərəcədə arıqlaması ilə bağlı ortaya çıxan məlumatlar mütəxəssislərin narahatlığına səbəb oldu. NASA rəsmi şəkildə bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geri dönməyi tələb etmir.

Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью