Amerikalı basketbolçu Azərbaycan klubuna keçib AZƏRTAC

08.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 yanvar, AZƏRTAC

"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi ABŞ-dan olan oyunçu Maykl Karteri transfer edib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

M. Karter ötən il "Neftçi"nin uğurları üçün çalışıb. 27 yaşlı basketbolçu Bosniya və Herseqovinanın "Posuşje" klubunun da formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью